Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Hərbiyönümlü QHT-lərlə görüş olub, birdəfəlik ödəmədən razılıq edilib-FOTO

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı proqramına başlanılmasına dair hərbiyönümlü qeyri-hökumət təşkilatları ilə görüş olub.

Yenixeber.org: Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Report" verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu yeni sosial dəstək proqramının Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb, proqramın icra mexanizmi barədə məlumat verib.

O bildirib ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, proqram həmin şəxslərdən vəfat edənlərin vərəsələrini də əhatə edir. Həmçinin xidmətlə əlaqədar əlilliyi olmuş, lakin sonradan reabilitasiya olunmuş şəxslərin, eləcə də əvvəllər hazırkı məbləğdən az sığorta ödənişi almış şəxslərin də ödənişlə təmin olunması nəzərdə tutulub. Bu da proqramın humanist prinsiplərə əsaslandığını və əhatə dairəsinin daha geniş olduğunu göstərir.

A.Kərimov artıq 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada birdəfəlik ödəmə təyin olunduğunu, ödənişlərin həmin şəxslərin bank hesablarına köçürüldüyünü, onlara bu barədə məlumat göndərildiyini qeyd edib.

Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri“ İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına diqqət və qayğısından bəhs ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramı vurğulanıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının 5 dəfə genişləndiyi, ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev, 7450 nəfər müharibə əlilinə minik avtomobili təqdim olunduğu qeyd olunub. Təkcə son 4 ildə şəhid ailələri və müharibə əlillərinə yönələn ödənişlərdə orta hesabla 2,5 dəfə artım baş verdiyi bildirilib. Şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramları və reabilitasiya xidmətləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

Bildirilib ki, hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilib. Hazırda isə Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı birdəfəlik ödəmə proqramı icra edilir. Bu da müharibə əlillərinin sosial müdafiəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıqlarını itirən qəhrəmanlarımızın dövlətin qayğısı ilə əhatə edildiyini bir daha təsdiqləyir.

Qeyri-hökumət təşkilatlarının rəhbərləri şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən həssas, qayğıkeş münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra mexanizminə dair fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam