Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Samaradan Bakıya daha bir reys açıldı

Samaradan Bakıya daha bir reys açıldı 
Rusiyanın ən böyük 10 aviaşirkətlərindən biri olan “Utair” iyulun 28-dən Samaradan Bakıya uçuşlara başlayacaq.
Yenixeber.org: Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.
Aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 7,5 min rubldan (213 manatdan) başlayacaq.
Hazırda Samaradan Bakıya birbaşa uçuşlar yalnız “İrAero” aviaşirkəti tərəfindən həftədə bir dəfə cümə günləri həyata keçirilir. Minimum bilet qiyməti isə təxminən 20 000 rubl (təxminən 573 manat) təşkil edir.
İki şəhər arasında səyahət vaxtı təxminən 2 saat 20 dəqiqə çəkir.
Xatırladaq ki, Rusiyanın Kazan şəhərindən Bakıya yeni aviareys açılacaq, Surqut-Bakı və Novosibirsk–Bakı marşrutu üzrə isə aviareyslərin sayı artırılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam