Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“PUTİN BLEF EDİR” –Frensis Fukuyama

Yenixeber.org:  Bu barədə DW-yə müsahibəsində Stenford universitetinin məşhur filosofu, professor Frensis Fukuyama danışıb.

Fukuyama Rusiya işğalçı ordusunun sıralarında insan defisitini qeyd edən müstəqil ekspertlərə istinad edir.

«Onlar (rusiyalılar - Red.) ehtimal ki, Ukraynanın üzərinə göndərmək üçün topladıqları bütün şəxsi heyətin üçdə birini itiriblər. Rusiyanın itkilərinin qiymətləndirilməsi yalnız təxminidir, amma mümkündür ki, söhbət 20 min ölüdən və mümkündür ki, 60 min yaralıdan gedir. Bunun üstünə də əsir düşmüşləri və s. gəlsək» - Fukuyama dəqiqləşdirib.

Onun fikrincə, Ukraynadakı müharibə Rusiya üçün praktiki olaraq, uğursuzluğa düçar olub.

«Nəzərə alsaq ki, Rusiya ordusu iki ayda yalnız çox əhəmiyyətsiz irəliləyişə nail olub, onlar Donbassda hərbi fəaliyyəti necə cəmləşdiriblər, mən hesab edirəm ki, onların ehtiyatı o qədər də çox deyil. Odur ki, mənim nəzərimcə, Putin deyəndə ki, onlar hələ hətta heç nəyi başlamayıblar, blef edib» - professor qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam