Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Britaniya kəşfiyyatı:"Rusiya ordusunun problemləri daha da artacaq"

 

“Qarşıdakı həftələrdə Rusiya qüvvələri, yəqin ki, bir neçə kiçik şəhəri, o cümlədən Siversk və Dolynanı ələ keçirməyə çalışacaq”.

Yenixeber.org:  Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya qoşunları üçün Slovyansk və Kramatorsk şəhər ərazilərinin ələ keçirilməsi əsas məqsəd olaraq qalır.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıdır: “Moskva Ukraynanın işğal olunmuş hissələri üzərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmaqda davam edir. İşğal olunmuş Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönlü rəsmilərin hədəfə alınmasına səbəb olur. Rusiya rəsmilərinin hədəf alınması, çox güman ki, Rusiya ordusunun problemlərini daha da çoxaldacaq. Həmçinin bu, hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam