Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İnstitut:“ABŞ və Almaniya Ukraynaya vəd etdikləri silahların 60 faizini verməyib”

 

ABŞ və Almaniya Ukraynaya vəd etdikləri silahların 40 faizindən az hissəsini verib.

Yenixeber.org: Bu, Almaniyanın Kil Dünya İqtisadiyyatı İnstitutunun monitorinqinin nəticələrində bildirilib.

İnstututun araşdırmasına əsasən, Ukraynaya silah tədarükü dövriyyəsi azalır:

“İyunun 8-dən iyulun 1-dək silah tədarükü üzrə öhdəliklərə xüsusi əlavələr edilməyib, əksinə, ötən aylarla müqayisədə bu göstəricilər azalıb”.

Bildirilib ki, Qərb 80,7 milyard avro məbləğində yardım vəd edib.

“Polşa vədinə əməl etmək məsələsində liderdir. Bu ölkə Ukraynaya boyun olduğu silahların hamısını tədarük edib. Polşa qonşu dövlətə 1,8 milyard avro məbləğində silah sursat və hərbi texnika vəd edib. Polşa silah göndərmək məsələsində yalnız ABŞ-dan geri qalırsilah göndərib”, - qəzetdə bildirilib

Polşadan başqa vədinə 100 faiz əməl edən digər ölkələr bunlardır: Latviya, Fransa, İtaliya, Belçika, Lüksemburq, Finlandiya, Solveniya, Avstriya və Bolqarıstan.

Vədlərinə 58-98 faiz əməl edənlər: Estoniya, Norveç, Çexiya, Niderland, Litva, Slovakiya, İspaniya, İsveç, Danimarka, Avstraliya.

ABŞ vəd etdiyi silahların 38,4 faizini tədarük edib, 61,2 faizini isə hələ verməyib.

Almaniya 675 milyon avro məbləğində silah verəcəyini boyun olsa da indiyədək bunun 39,9 faizinə (269 milyon avro) əməl edib, 60,1 faizinə əməl etməyib.

Bəzi ölkələr isə vədinin 1 faizini də yerinə yetirməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam