Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Yaponiyanın keçmiş Baş nazirini qətlə yetirən şəxsin yeni ifadəsi yayılıb

 

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abeni qətlə yetirən Yamaqami Tetsuyanin müstəntiqlərə verdiyi ifadəsinin daha bir hissəsi mətbuata sızıb.

Yenixeber.org:  41 yaşlı qatil əsas hədəfinin adını çəkmədiyi dini sekta lideri olduğunu iddia edib.

Onun sözlərinə görə, anası həmin sektaya qoşulub. Y.Tetsuyani buna görə təriqət başçısını günahkar bilir və onu öldürmək istəyirmiş: “Anam bu sektaya cəlb olunub. Çox böyük ianələr verir. Nəticədə bizim həyatımız dağılıb”.

Məlumata görə, qatil Yaponiyanın keçmiş hökumət başçısı ilə təriqət liderini dəyişik salıb. Lakin o, öldürmək istədiyi şəxsin adını çəkməyib.

Y.Tetsuya psixi ekspertizaya göndəriləcək.

Qeyd edək ki, iyulun 8-də Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe açıq havada seçkiqabağı çıxşı zamanı Y.Tetsuya tərəfindən güllələnib. O, yaralı halda hospitala çatdırılsa da keçmiş hökumət başçısının həyatını xilas etmək mümkün olmayıb.

Y.Tetsuya 2000-ci illərin ortalarında 3 il Yaponiya Özünümüdafiə Dəniz Qüvələrində xidmət edib. O, keçmiş Baş naziri kustar üsulla düzəldilən tüfənglə güllələyib.

Xatırladaq ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Sindzyuki şəhərində anadan olub. Onun ana babası Nobusuke Kisi Yaponiyanın Baş naziri, atası Abe Sintaro isə xarici işlər naziri olub.

S.Abe Yaponiya 2006-2007 və 2012-2020-ci ilərdə hökumətə başçılıq edib. O, Yaponiya tarixində bu vəzifədə ən çox olan Baş nazir kimi də tarixə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam