Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Nar” yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

 “Nar” sağlam həyat tərzini təbliğ etmək məqsədilə aztəminatlı ailələrdən olan yeniyetmələr üçün boks təlimlərini keçirməyə davam edir. Builki təlimlərə 15 yeniyetmə qatılıb və mobil operator təlim iştirakçılarına peşəkar məşq üçün zəruri olan boks ləvazimatları hədiyyə edib.

Yenixeber.org: Təlimlər “Baku Fight Lab”in Azərbaycana dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları yetişdirmiş təcrübəli məşqçilərinin rəhbərliyi ilə keçirilir. Bu, təlimlərə qatılan yeniyetmələrin qarşısında peşəkar boksçu karyerası qurmaq üçün böyük imkan açır.

Qeyd edilən təlim “Nar” və “Baku Fight Lab” əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlərin başlıca məqsədi aztəminatlı ailələrdən olan yeniyetmələrə dəstək olmaq və yaşadığımız cəmiyyət üçün sağlam ruhlu şəxslər yetişdirməkdir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam