Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Güləş üzrə yığma komandaların baş məşqçiləri istefaya göndərilib

Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.

Xeberinfo.com:  Bununla bağlı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev əmr imzalayıb. Əmrə əsasən, sərbəst güləş üzrə əsas yığmanın baş məşqçisi Saypulla Absaidov vəzifəsindən azad edilib. O, gənclərdən ibarət komandanın sükanı arxasına keçib. Cəmşid Xeyrəbadi isə yunan-Roma güləşi üzrə əsas millinin baş məşqçi postundan istefaya göndərilib. Ona yeni vəzifə verilməyib. Hər iki əsas komandada baş məşqçi əvəzi funksiyasını müvafiq olaraq Firdovsi Umudovla Akif Əliyev yerinə yetirəcək.

Yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir:

Yunan-Roma güləşi

Böyüklər
Baş məşqçi əvəzi – Akif Əliyev
Böyük məşqçi – İlqar Abdulov
Məşqçi – Nurəddin Rəcəbov

Gənclər
Böyük məşqçi – Şaban Donat
Məşqçi – Zöhrab Abbasov
Məşqçi – Turac Hüseynli

Yeniyetmələr
Böyük məşqçi – Bəhram Mürvətov
Məşqçi – İslam Cəfərov
Məşqçi – Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
Böyük məşqçi – Əfsər Namazəliyev
Məşqçi – Rasim Ağayev

Sərbəst güləş

Böyüklər 
Baş məşqçi əvəzi – Firdovsi Umudov
Böyük məşqçi – Zəlimxan Hüseynov
Məşqçi – Arif Abdullayev
Məşqçi – Sadruddin Ayqubov

Gənclər
Böyük məşqçi – Saypulla Absaidov
Məşqçi – Rövşən Hacıyev

Yeniyetmələr
Böyük məşqçi – Əsgərxan Novruzov
Məşqçi – Vahid Məmmədov
Məşqçi – Yaşar Əliyev

Kiçik yaşlı yeniyetmələr
Məşqçi – Mehman Nəcəfov
Məşqçi – Elşad Allahverdiyev

Qadınlar

Böyüklər
Baş məşqçi – Semyon Çterev
Böyük məşqçi – Aslan Ağayev
Məşqçi – Rövşən Umudov

Gənclər və Yeniyetmələr
Böyük məşqçi – Nazim Əlicanov
Məşqçi – Həsrət Məmmədyarov
Məşqçi – İsaməddin Hüseynov

(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam