Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda ilk dəfə -“Peşəkar Boks Gecəsi" keçirilib

 


 

Yenixeber.org: Ötən həftə “Nar”ın dəstək olduğu “Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.

“Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.

 

 

 

 

 

“Peşəkar Boks Gecəsi” çərçivəsində keçirilən bütün görüşlərin nəticələri beynəlxalq boks statistikasında nəzərə alındığına görə hər bir qalibiyyət boksçunun gələcək karyerasında bir pilləyə çevrilir. Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun və baş katibi Orxan Muxtarovun,  eləcə də Azərbaycanın ilk və yeganə peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi nəticəsində Azərbaycan ilk peşəkar boks gecəsi yüksək səviyyədə təşkil edilib.

Boks həvəskarları və “Baku Fight Lab” boks klubunun azarkeşləri Boks gecəsini sentyabr ayının 18-i saat 21:00-da “CBC Sport” telekanalında izləyə biləcəklər.

Mövcud pandemiya səbəbindən tədbir açıq hava məkanında, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə uyğun olaraq və zəruri təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib.

Qeyd edək ki, mobil operator “Nar”la yanaşı, “Peşəkar Boks Gecəsi”nin keçirilməsinə Azərbaycanda "Zontes" motosikletlərinin satışı və xidməti ilə məşğul olan "Zontes Baku", müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group" və “İydə” parfümeriya evi də dəstək olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam