Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək

 

"İqlim dəyişmələri üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni hüquqi sənədlərin hazırlanması nəzərdə tutulur".

Yenixeber.org:  Bunu BMTİP-in Azərbaycan nümayəndəliyinin Milli Adaptasiya Planına Yardım layihəsinin meneceri Zaur Əliyev “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NAP layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üç prioritet sahədə (su ehtiyatları, kənd təsərrüfatı və sahilyanı ərazilər) Milli Uyğunlaşma Planının hazırlanması, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma fəaliyyətlərində Azərbaycan hökumətinə dəstək göstərəcək.

O qeyd edib ki, nəticədə iqlim dəyişmələrinin prioritet sektorlara təsiri ilə bağlı ətraflı analiz aparılacaq:

"Hökumətə dəstək məqsədilə iqlim dəyişmələri məlumatlarının toplanması və paylaşılması üçün avadanlıqlar alınacaq. Həmçinin iqlim dəyişmələri üzrə yerli ekspert reysterinin yaradılması planlaşdırılır. Bundan başqa, Azərbaycanda iqlim dəyişmələrinə ən həssas 20 rayon müəyyənləşdiriləcək".

Layihə meneceri əlavə edib ki, iqlim dəyişmələrinə həssaslıq indeksi yaradılması nəzərdə tutulub:

"Adaptasiya İşçi Qrupunun nizamnaməsi yaradılması düşünülür. Eyni zamanda özəl sektorların iqlim dəyişmələri fəaliyyətlərinə cəlbi məqsədilə ilin sonuna qədər iqlim dəyişmələri ilə bağlı özəl sahinkarların ölkə daxili forumunun təşkili planlaşdırılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam