Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzərin səviyyəsinin enməsi SOCAR-ın işinə maneçilik törədir

Xəzərin səviyyəsinin enməsi SOCAR-ın işinə maneçilik törədir
Müasir dünyanı narahat edən əsas qlobal problemlərdən olan iqlim dəyişmələri ətraf mühitə zərər vurmaqla yanaşı, maddi və mənəvi itkilərə, təbii fəlakət və texnogen qəzalara səbəb olur. İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də, Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir.
Yenixeber.org: Bunu Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.

1995-ci ildən etibarən Xəzər dənizinin səviyyəsinin tədricən enməsi müşahidə edildiyini bildirən X.Məmmədovun sözlərinə görə, təcrübə göstərir ki, dənizin səviyyəsi endiyi hallarda Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir:

"Analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneçilik törədir. Su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır. Son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi zərurətə çevrilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib. Digər tərəfdən, səviyyənin enməsi hidrotexniki qurğuların yükdaşıyıcı və texnoloji konstruksiyalarının, nəql borularının su səthi ilə təmas zonalarında aqressiv korroziya ehtimalını artırır.

Suyun şorluğunun yüksəlməsi, dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğrama sürətinin artmasına səbəb olur. Eyni zamanda, dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da qalxır, buxarlanmanın intensivləşməsi müşahidə edilir ki, bu da dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubətə səbəb olur və işçilərin sağlamlığına mənfi təsir edən zərərli amillərdəndir. Dənizin səviyyəsi indiki intensivliklə enməyə davam edərsə, mövcud texniki imkanların saxlanılması baxımından SOCAR üçün əhəmiyyətli risklərə və əlavə maliyyə xərclərinə səbəb ola bilər.

Hazırda SOCAR olaraq bütün istehsalat zənciri üzrə icra edilən proseslərdə qlobal iqlim dəyişikliyinə təsir göstərən amillərin idarə edilməsi və ekoloji tədbirlərin genişləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. SOCAR beynəlxalq səviyyəli şirkət olaraq, "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"nı, “Xəzər dənizində ətraf mühitin mühafizəsi Konvensiyası"nı, Azərbaycan Respublikasının qanunvericilik aktlarını rəhbər tutaraq iqlim dəyişmələrinə təsirin azaldılması məqsədilə sosial-ekoloji öhdəliklərini müəyyən edib və sistemləşdirib.

On beş ildir ki, neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərində rekultivasiya işləri davamlı olaraq həyata keçirilir. İqlim dəyişmələrinə təsirin azaldılmasını qarşıya məqsəd qoyan SOCAR 2008-ci ildən Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində bütün fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılmasını həyata keçirir".

X.Məmmədov bildirib ki, SOCAR Xəzər dənizində baş verən təbii və antropogen prosesləri daim diqqət mərkəzində saxlayır, bu taleyüklü proseslərə mühüm önəm verir, öz tərəfindən monitorinqlər, araşdırmalar aparır, konkret təkliflər hazırlayıb mütəxəssislərə təqdim edir. Çünki SOCAR-ın istehsalat fəaliyyəti bilavasitə Xəzər və onun karbohidrogen ehtiyatları ilə bağlıdır. Təsərrüfat obyektlərinin, infrastrukturun mütləq əksəriyyəti dənizdə yerləşir.

"Beləliklə, qarşımızda çətin və həlli vacib olan problemlər durur. Düşünürük ki, ilk növbədə Azərbaycan Respublikası üçün uzun və qısamüddətli iqlim proqnozu ssenariləri hazırlanmalı, şiddətli küləkli günlərin tezliyi, gözlənilən illik temperatur göstəriciləri, dəniz səviyyəsi tərəddüdləri haqqında məlumatlar əldə edilib ümumiləşdirilməlidir. İqlim dəyişmələrinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərinin qarşısının alınması, aradan qaldırılması və uyğunlaşma üçün konkret tədbirlərin və təxmini büdcənin müəyyənləşdirilməsi də təxirəsalınmadan həllini tapmalıdır.

Xəzər bizim ümumi sərvətimizdir və heç birimiz onun taleyinə biganə qala bilmərik", - deyə SOCAR-ın vitse prezidenti çıxışına yekun vurub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam