Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya təyyarəsi Qazaxıstanda saxlanıldı


Rusiyanın “Volqa-Dnepr Hava Yolları"na məxsus təyyarəsi Qazaxıstanda saxlanılıb.
Yenixeber.org: Bu barədə Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 26-sı saat 13:40-da (Bakı vaxtı ilə 15:40) Urumçi- Nur-Sultan-Moskva kommersiya reysini həyata keçirən RA-82074 nömrəli təyyarə paytaxtın Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edib:
"Aeroportun yerüstü xidməti dərhal "Auezhay Astana" gömrük postunun əməkdaşlarına məlumat verib. Lakin gəminin ekipajı və onların nümayəndəsi gömrük sənədlərini, gömrük əməliyyatları üçün məlumatları vaxtında təqdim etməyib. Buna görə də inzibati icraat başlanıb. Gömrük bəyannaməsini, sənədləri və məlumatları vaxtında təqdim etmədiyi üçün aviaşirkətə iyirmi aylıq hesablama göstəricisi miqdarında cərimə tətbiq olunub”.
Bildirilib ki, gömrük qanunvericiliyinə uyğun olaraq daşıyıcı nəqliyyat vasitəsinə gömrük bəyannaməsini gəlişi barədə bildiriş göndərildiyi andan üç saat ərzində doldurulmalıdır:
"Aviaşirkətin nümayəndələri qanun pozuntusu ilə razılaşır, təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır. İnzibati məsuliyyətə cəlb edildikdən və gömrük bəyannaməsinin doldurulması üçün bütün gömrük əməliyyatları başa çatdıqdan sonra təyyarə dərhal buraxılacaq".
Dövlət Gəlirləri Komitəsi əlavə edib ki, bu qanun pozuntusu gömrük inzibatçılığı sahəsində adi inzibati xətadır və məsələnin siyasi mənşəyi yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam