Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfərbərlik qaydalarını pozanların cəzası sərtləşdirilir

 

Azərbaycanda hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalara görə cəzalar sərtləşdirilir.
"Xeberinfo.com": Bununla bağlı Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklər bir sıra maddələrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması və sanksiyalardakı cərimələrin sərtləşdirilməsi məqsədilə edilir.
İXM-nin 24-cü fəslinin adı dəyişdirilərək “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” adlanacaq. Dəyişikliklərə əsasən, həmin fəslin 349, 350, 351, 354 və 355-ci maddələri tamamilə yeni redaksiyada verilir, 352 və 353-cü maddələri isə ümumiyyətlə Məcəllədən çıxarılır.
Bundan sonra 349-cu maddə “Çağırış məntələqərinə təhkim edilməli olan vətəndaşların hərbi komissarlıqlara təqdim edilməməsi” deyil, “Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumların verilməməsi” adlanacaq. İXM-in 349.1-ci maddəsinə görə, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər isə dörd yüz manat miqdarında cərimə ediləcəklər.
349.2-ci maddəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslərə yüz əlli manat miqdarında, hüquqi şəxslərə isə üç yüz manat miqdarında cərimə tətbiq ediləcək.
349.3-cü maddədə isə göstərilir ki, bu Məcəllənin 349.1-ci və 349.2-ci maddələrində nəzərdə tutulmuş hallar istina olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər isə iki yüz manat miqdarında cərimə ediləcəklər.
Dəyişikliklərə əsasən, İXM-in 350-ci (Çağırış üzrə hərbi komissarlığa gəlməmək) maddəsi bundan sonra “İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma” adlanacaq. Yenilənmiş maddəyə görə, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.
İXM-in 351-ci (Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında onlara xəbər verilməsinin təmin edilməməsi) maddəsi isə bundan sonra “Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsi” adlanacaq. Yenilənmiş maddəyə görə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslərə səksən manat miqdarında, hüquqi şəxslərə isə iki yüz manat miqdarında cərimə tətbiq ediləcək.
İXM-in 354-cü (Hərbi uçot qaydalarının pozulması) maddəsi bundan sonra “Hərbi qeydiyyat qaydalarının pozulması” adlanacaq. 354.1-ci maddəyə görə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatın daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə üz yüz manat miqdarında cərimə tətbiq ediləcək.
354.2-ci maddəyə görə isə çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:
354.2.1. hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;
354.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;
354.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.
354.3-cü maddədə isə qeyd edilir: “Çağırışçılıarın və hərbi vəzifəlilərin bu Məcəllənin 350-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir.
Bu Məcəllənin 354.3-cü maddəsində göstərilən əməl növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırışla bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
İXM-in 355-ci (Hərbi biletin qəsdən korlanması və ya itirilməsi) maddəsi bundan sonra “Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi” adlanacaq. Yenilənmiş maddəyə görə, çağırışçılara və ya hərbi vəzifəlilərə hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə xəbərdarlıq edilir və ya onlar əlli manat miqdarında cərimə edilirlər.
İXM-in 356-cı maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə nəzərdə tutulan cərimələr artırılacaq. Belə ki, 356.1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz qırx manat manat miqdarında cərimə tətbiq olunacaq.
Hazırda qüvvədə olan variantda isə bu cərimənin miqdarı yetmiş manatdan doxsan manatadək nəzərdə tutulur.
356.2-ci maddəsinə ediləcək əlavə və dəyişikliyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə iki yüz altmış manat miqdarında cərimə tətbiq ediləcək.
Hazırda qüvvədə olan variantda isə bu cərimənin miqdarı səksən manatdan doxsan manatadək nəzərdə tutulur.
356-1-ci maddədə hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə də cərimələrin miqdarı arıtırılır. Belə ki, 3561.1-ci maddəyə görə, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslərə yüz iyirmi manat miqdarında, hüquqi şəxslərə isə iki yüz əlli manat miqdarında cərimə tətbiq ediləcək.
Hazırda qüvvədə olan variantda isə bu cərimənin miqdarı vəzifəli şəxslər üçün otuz manatdan əlli manatadək, hüquqi şəxslər üçün isə altmış manatdan doxsan manatadək nəzərdə tutulur.
356-1.2-ci maddəyə görə səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, digər silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslərə yüz səksən manat miqdarında, hüquqi şəxslərə isə iki yüz əlli manat miqdarında cərimə tətbiq ediləcək.
Hazırda qüvvədə olan variantda isə bu cərimənin miqdarı vəzifəli şəxslər üçün yetmiş manatdan doxsan manatadək, hüquqi şəxslər üçün isə yüz əlli manatdan iki yüz manatadək nəzərdə tutulur.
İXM-in 360-cı maddəsinə edilən əlavəyə görə isə yuxarıda qeyd edilən 349, 351, 354.1, 356 və 356-1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də rayon məhkəmələrində baxılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam