Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Özbəkistan Beynəlxalq Türk Akademiyasının müşahidəçi üzvü olub


Özbəkistan Beynəlxalq Türk Akademiyasında rəsmi müşahidəçi statusu alıb.

Yenixeber.org:  Akademiyanın Elmi Şurasının Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən V iclasında bu barədə qərar qəbul olunub.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Türk Akademiyasının binası qarşısında Özbəkistanın dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, təşkilata üzv ölkələrin təhsil nazirləri, Qazaxıstan Xarici İşlər Nazirliyinin təmsilçiləri, səfirlər, dövlət və ictimai xadimlər, tanınmış alim və türkoloqlar, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 8-ci Zirvə Görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bundan sonra Özbəkistan tərəfi Türk Akademiyasında müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Akademiyada müşahidəçi statusu alan ilk ölkə isə Macarıstan olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam