Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Orada Ukrayna torpağının hər qarışı qanla örtülüb” –Ukrayna ordusu Severodonetskdən çıxarılır

Ukrayna ordusunun iyunun 13-də bildirdiyinə görə, qüvvələri Donbasdakı Severodonetsk şəhərinin mərkəzindən çıxarılıb. Son günlər bu şəhərə nəzarət uğrunda qızğın döyüşlər gedirdi.

Yenixeber.org: Rusiya qüvvələri şəhər mərkəzini intensiv artilleriya atəşinə tutub, bundan sonra qalan ukraynalı əsgərlər də şəhəri tərk etməli olub.

Prezident Volodimir Zelenski bundan bir neçə saat öncə deyirdi ki, şəhəri müdafiə edənlər hər metr uğrunda savaşırlar. Rusiyalılar isə əsas körpünü partladaraq dinc sakinlər və əsgərlərin potensial çıxış yolunu kəsmişdi.

Zelenskinin gecə videomüraciətində dediyinə görə, Rusiya ordusu Donbasa qüvvələr atmağa çalışır. Onun sözlərinə görə, Rusiya təlim görməmiş əsgərləri yerləşdirir, çox ağır döyüşdə gənclərdən “top yemi” kimi istifadə edir.

“Orada Ukrayna torpağının hər qarışı qanla örtülüb, təkcə bizim deyil, həm də işğalçıların qanıyla”, – Zelenski deyib

Luqansk vilayətinin qubernatoru Sergey Qayday isə iyunun 12-də deyib ki, Rusiya qüvvələri Severodonetski Lisiçansk şəhəri ilə birləşdirən Severski Donets çayı üzərindəki üç körpüdən ikincini də partladıb.

Vəziyyətin getdikcə çətinləşməsinə baxmayaraq, Prezident Zelenski mübariz ruhunu saxlayıb. Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiyanın Ukraynanın şərqini sürətlə ələ keçirməsini önləyib.

“Yadınızdadırmı, mayın əvvəlində Rusiyada ümid edirdilər ki, Ukraynanın şərqi Donbas regionunun tamamilə ələ keçirəcəklər. Artıq müharibənin 108-ci günüdür, artıq iyundur. Donbas hələ də dayanıb”, – Zelenski deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam