Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

UKRAYNANIN ŞƏRQİNDƏ VƏZİYYƏT AĞIRLAŞDI – Bu şəhərdə küçə döyüşləri başlayıb +VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 30-da Aİ liderlərini Rusiyaya iqtisadi sanksiyaların yeni partiyasına çağıracağı gözlənir.

Yenixeber.org: Rusiya Ukraynanın şərqində hücumu gücləndirir, strateji şəhərlərə yaxınlaşır. Prezident Zelenski mayın 29-da Xarkova baş çəkəndən sonra bu şəhər atəşə tutulub.

Ukraynanın şərqindəki Severodonetsk və Lisiçansk şəhərlərinə Rusiyanın təzyiqi artır. Yaxınlıqdakı Liman şəhərinin artıq tutulduğu iddia olunur. Ukrayna isə strateji ərazilərin hələ də müdafiə olunduğunu deyir.

Luqansk vilayətinin qubernatoru Serger Qayday son saatlarda Lisiçanskda vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini, itkilər, yaralılar olduğunu deyib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri Severodonetskdə hücum əməliyyatı həyata keçiriblər.

Qayday isə Donetsk çayı sahilində yerləşən şəhərdə küçə döyüşləri getdiyini bildirib. Qayday mayın 30-da deyib ki, Rusiya qüvvələri çox ağır döyüşlərlə Severodonetskə girir. Onun sözlərinə görə, 1 milyon insanı qazsız, susuz qalıb, dinc sakinlərin çıxarılması davam edir.

Zelenski mayın 29-da televiziya ilə çıxışında deyib ki, Severodonetksdə binaların 90 faizinə ziyan dəyib, şəhərdəki yaşayış binalarının üçdə ikisi tamamilə dağıdılıb.

 

“Severodonetski tutmaq işğalçıların əsas tapşırığıdır. Bu hücumun qarşısını kəsmək üçün əlimizdən gələni edirik”, – Zelenski Rusiya qüvvələri haqda deyib.

Zelenski çıxışdan öncə Xarkov şəhərinə qəfil səfər edib, cəbhə xəttində əsgərlərlə, Xarkovun meri İqor Terexov, vilayət administratoru Oleq Sinyehubov, hərbi komandanlıq üzvlərilə görüşüb.

“Bizim üçün, ölkəmiz üçün həyatınızı riskə atırsınız”, – deyən Zelenski gülləkeçirməz jiletdə Rusiya tərəfindən dağıdılmış yerlərdə olub. Zelenskinin videosunu prezident idarəsi yayıb.

“Azpolitika”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam