Nikolayevdə ukraynalılar su böhranı yaşayır
Rusiyanın Ukraynada apardığı müharibə daha bir böhrana səbəb olub.
Yenixeber.org: Ukraynanın cənubunda, cəbhənin həlledici bölgələrindən olan Nikolayevdə Rusiya ordusunun artilleriya atəşi nəticəsində su təchizatı sistemi dağılıb, sakinlər digər bölgələrdən gətirilən su növbələrinə məhkum olunub. Eyni zamanda, Rusiya ordusunun qonşu Xersonu işğal etməsi nəticəsində əlavə su mənbəyinin tapılmasında çətinlik yaranıb.
Nikolayev su-kanal kommunal müəssisəsinin Baş direktoru Boris Dudenko bildirib ki, Nikolayev şəhərinin Dnepr çayı vasitəsilə su təchizatını təmin edən boru kəməri aprelin 12-də aparılan döyüşlər zamanı zədələnib:
Onun sözlərinə görə, suyu bakterioloji çirklənmədən kifayət qədər yaxşı təmizləmək mümkün olmur: "Təmizləmədən sonra su bakterioloji tələblərə cavab verir, amma kimyəvi analiz üzrə tələblərə cavab vermir. Bu səbəbdən, bu sudan içmək, yaxud yemək bişirmək üçün istifadə etmək olmaz, ondan yalnız sanitar məqsədlərlə istifadə etmək mümkündür. Su təchizatını təmin etmək üçün hazırda boruların zədələndiyi ərazilərə çıxışımız yoxdur. Həmin ərazilər hazırda “boz ərazi” adlandırdığımız fəal hərbi əməliyyatların aparıldığı bölgələrdə yerləşir. Əraziləri işğaldan azad edə bilsək, su təchizatı maksimum dərəcə qısa zamanda bərpa ediləcək. Əks halda, Nikolayev şəhəri üçün alternativ su təchizatı mənbələri axtarmalı olacağıq. Bu isə çətin məsələdir, çünki Nikolayev şəhəri 2 çayın hövzəsində yerləşsə də, əlimizdə olan texnologiyalar bu çayların suyunu içməli su səviyyəsinədək təmizləməyə imkan vermir".
"Nikolayevə gələn su xətti vurulduqdan sonra şəhəri, insanları su ilə təmin etmək üçün əlimizdən gələni etdik. Odessadan, Kiyevdən, Lvovdan və digər şəhərlərdən Nikolayevə maşınlarla su daşınması həyata keçirildi. Su şəhərin bütün rayonlarına çatdırılırdı. Düzdür, indi də bunu müşahidə edə bilərsiniz, amma indi vəziyyət əvvəlkinə nisbətən yaxşıdır. Çünki artıq şəhərə texniki su verilir və bu, məişətdə istifadə edilən suya olan tələbatı azaldır. Şəhərin suya olan gündəlik tələbatı təqribən 40 kub təşkil edir. Biz çörək zavodunu da, zooparkı da su ilə təmin edirdik. Su ilə təminatın məsələsində bütün Ukrayna bizi dəstəklədi. Şəxsən mən özüm 3500 ton su gətirmişəm. Hazırda da bir çox rayonları su ilə təmin etməkdə davam edirik. Amma bir daha təkrar edim ki, vəziyyət xeyli yaxşılaşıb. Hazırda əhalinin yalnız içməli ilə təminatını həyata keçiririk", - o əlavə edib.