Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nikolayevdə ölənlərin sayı artır -VİDEO


Xəbər verdiyimiz kimi, martın 29-da səhər saatlarında rus ordusu Ukraynanın Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına raket zərbəsi endiriblər.
Yenixeber.org: Dövlət administrasiyasının binasına raket düşməsi nəticəsində həlak olanların sayı 12-yə çatıb, 34 nəfər yaralanıb.

Bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat verib .
O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir:
“İlkin məlumatlara görə, binada xeyli az adam olub”.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, raket mərmisinin doqquz mərtəbəli inzibati binaya düşməsi nəticəsində binanın 9-cu mərtəbədən 1-ci mərtəbəsinə qədər olan mərkəzi hissəsi sonradan yanmadan dağılıb.
Nikolayev şəhərinin meri Sergey Senkeviç rusların, binada vilayət dövlət administrasiyasının sədri Vitali Kimin ola biləcəyini nəzərə alaraq, dağıtmaq qərarına gəldiyi barədə fikir bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam