Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Sədərək Ticarət Mərkəzi sökülür? -AÇIQLAMA

Sədərək Ticarət Mərkəzi sökülür? -    AÇIQLAMA   
"Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir".
Yenixeber.org: Bunu Sədərk Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov bildirib. O qeyd edib ki, yayılan məlumatlar yalandır.

"Ticarət Mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir", - deyə Mikayıl Qədimov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam