Rusiya-Ukrayna arasında müharibə nəticəsində Ukraynada 242 uşaq həyatını itirib, 440 uşaq isə yaralanıb. Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, mayın 26-da Mariupol şəhərində ümumitəhsil müəssisəsinin ərazisində düşmən mərmisinin partlaması nəticəsində 12 yaşlı uşaq həlak olub. Həmçinin, martın 15-də Mariupolun atəşə tutulması zamanı 15 yaşlı yeniyetmə, fevralın 28-də Xarkovda rusiyalı hərbiçilərin avtomobili atəşə tutması nəticəsində 17 yaşlı oğlan yaralanıb.