Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

İşğalçı ordu Ukraynada beş uşağı öldürdü -33 uşağı yaralayıblar

Ukraynda döyüş əməliyyatları başlayandan bugünədək işğalçı Rusiya ordusunun açdığı atəş nəticəsində 5 uşaq ölüb, daha 33 uşaq yaralanıb. 

Yenixeber.org: Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.

Denisovanın sözlərinə görə, gün ərzində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun dağılmış körpüsündən avtomobillərin uçması nəticəsində 8 yaşlı uşaq ölüb.

Bundan başqa, Rusiya qoşunlarının Axtırka şəhərindəki “Solnışko” uşaq bağçasını atəşə tutması nəticəsində 1 uşaq ölüb.

Həmçinin, yeddi yaşlı uşaq güllə yaraları səbəbindən ağır vəziyyətdə Kiyevdəki Milli İxtisaslaşdırılmış Uşaq Oxmatdet Xəstəxanasına çatdırılıb. Uşaq ağır vəziyyətdə reanimasiyadadır.

Eyni zamanda, Donetsk vilayətinin Sartana qəsəbəsinə endirilən aviazərbə zamanı bir uşaq həlak olub.

"Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF), Qızıl Xaç Cəmiyyətindən Ukraynada müharibə vəziyyətində olan zərər çəkmiş uşaqlara və onların ailələrinə humanitar-tibbi yardım göstərməyi xahiş edirəm. Heç bir uşaq müharibənin qurbanı olmamalıdır", - Denisova vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam