Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində artıq 136 uşaq həlak olub.
Yenixeber.org: Bu barədə Baş Prokurorluq “Telegram”da məlumat yayıb.
“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün 31-ci gününün səhərinə olan məlumata görə, ölkəmizdə 136 uşaq öldürülüb. 199 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kiyev vilayətində 64, Xarkov vilayətində 44, Donetsk vilayətində 50, Çerniqov vilayətində 38, Nikolayev vilayətində 28, Luqansk vilayətində 25, Zaporojye vilayətində 17, Xerson vilayətində 20, paytaxtda 16, Jitomir vilayətində 15 və Sumı vilayətində 14 uşaq öldürülüb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, martın 25-də Rusiya hərbçilərinin Donetsk vilayətini atəşə tutması nəticəsində 9 yaşlı uşaq həlak olub, daha biri yaralanıb.
Xüsusilə, martın 24-də Nikolayev vilayətinin kəndlərindən birində yaşayan 13 yaşlı qız rus hərbçilərinin atəşə tutması nəticəsində çoxsaylı üz nahiyəsindən xəsarətlər alıb.
Martın 23-də Çerniqovda piyada körpüsünün işğalçılar tərəfindən atəşə tutulması nəticəsində 11 yaşlı uşağı olan bir ailə qəlpə yaraları şəklində bədən xəsarətləri alıb.
Həmçinin gündəlik bombardmanlar və top atəşləri nəticəsində 570 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 73-ü tamamilə dağıdılıb. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir. Bundan əlavə, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar düşmən atəşindən zərər çəkib.