Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qazdan 11 il pulsuz istifadə edən MTK müəyyən edilib

SOCAR “Azəriqaz” İstehsalat Birliyi bütün Mənzil-Tikinti Kooperativlərini (MTK) şəffaf işləməyə çağırıb.

Yenixeber.org: Bunu "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, ötən ilin oktyabrında “Azəriqaz”ın baş direktorunun təşəbbüsü ilə, Abonentlərə satılan qaza nəzarət şöbəsinin tabeçiliyində MTK və digər obyektlərin qaza qeyri-qanuni birləşmələri ilə mübarizə üçün xüsusi işçi qrupu yaradılıb.

“Təəssüf ki, bizim bu fəaliyyətimizə baxmayaraq, xüsusilə MTK-larda belə hallar baş verir. Bu həftə “Bakı-2010” adlanan MTK-nın qeyri-qanuni qoşulması ilə bağlı ciddi işin üstünü açdıq. Bizim işçi qrup müxtəlif səviyyələrdə çalışırdı ki, bu qoşulmanı ifşa eləsin və bunun üçün də qanuni yollar var”, - Eldəniz Vəliyev qeyd edib.

Onun sözlərinə görə, rəsmi təftiş sənədi alındıqdan sonra “Azəriqaz” nümayəndələri “Bakı 2010” MTK-ya daxil olaraq qeyri-qanuni birləşməni aşkar ediblər. Müəyyən olub ki, sözügedən MTK 11 il ərzində qazdan pulsuz olaraq istifadə edirmiş.

“Yəqin ki, dəymiş ziyan hesablanacaq, Birliyə külli miqdarda ziyan dəyib və nəticə barədə sizə xəbər verəcəyik. Ümidvaram ki, bundan sonra bu nəticənin ağırlığını nəzərə alan MTK rəhbərləri bu kimi hallara getməyəcək. Bütün MTK-ları şəffaf işləməyə dəvət edirik”, - deyə, Eldəniz Vəliyev vurğulayıb.

O, əlavə edib ki, “Azəriqaz” öz növbəsində qazın qeyri-qanuni istifadə olunmasının qarşısını almaq istiqamətində əlindən gələni etməyə hazırdır və bu kontekstdə müxtəlif səviyyələrdə mərhələli şəkildə debitor borclar üzrə ödənişlər təşkil edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam