Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Bu dövlətlərin XİN başçıları Düşənbədə toplanıb

        Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Tacikistanın paytaxtı Düşənbədə toplanıb.

Yenixeber.org: Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, toplantıda Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, Tacikistan xarici işlər naziri Siraciddin Muhriddin, Özbəkistan xarici işlər nazirinin müavini Vladimir Narov və Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev iştirak ediblər.  

Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın artırılması, regional təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə kimi regional əməkdaşlıq məsələləri müzakirə olunub. 

2022-ci ildə keçiriləcək Mərkəzi Asiya Dövlətləri Başçılarının 4-cü Məşvərət Toplantısına hazırlıq məsələlərini də müzakirə edən nazirlər bəyan ediblər ki, bu sammit çərçivəsində imzalanması planlaşdırılan “XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş”in Orta Asiya ölkələri arasında yeni iş imkanları yaradacaq, bu sənəd birlik dövrünün başlanğıcını qoyacaq.

Nazirlər, həmçinin region ölkələri arasında dinamik və qarşılıqlı faydalı əməkdaşlığın Mərkəzi Asiyada davamlı inkişafa və ümumi rifaha nail olunmasına töhfə verəcəyini bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam