Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək

 Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək

Yenixeber.org: Azərbaycan XİN-dən  verilən məlumata görə, xüsusi işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti bununla əlaqədar Astana şəhərində səfərdədir.
İclas zamanı Konvensiya layihəsi ilə bərabər, Xəzəryanı dövlətlərin dövlət başçılarının 5-ci zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam