Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

BQXK I Qarabağ müharibəsində itkin düşən -316 nəfərin ailəsindən bioloji nümunə götürüb

Ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirib.

Yenixeber.org: Bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib. Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib. Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib. Saxlanılan şəxslərə 2257 geyim əşyası, ayaqqabılar, 650 gigiyenik bağlama və 700 kitab verilib.

Bundan başqa, keçən il BQXK 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürüb. Həmçinin, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Eyni zamanda 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam