Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

BQXK Kəlbəcərli girovlara baş çəkib

BQXK Kəlbəcərli girovlara baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda erməni separatçıları tərəfindən girov saxlanılan azərbaycanlılara baş çəkiblər
Yenixeber.org: bu barədə BQXK-nin Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki missiyasının ofisindən xəbər verilib. 

Qeyd olunub ki, BQXK mandatına uyğun olaraq saxlanılma şəraitləri və onlarla davranışın monitorinqini aparmaq, həmçinin, ailə üzvləri ilə əlaqənin təmin edilməsinə yardımçı olmaq üçün mütəmadi qaydada əsirlərə baş çəkir.

Xatırladaq ki, BQXK neytral, qərəzsiz və müstəqil beynəlxalq humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan, həmçinin, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasından ibarətdir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq təşkilatın Azərbaycan və Ermənistanda nümayəndəlikləri, Xankəndində isə ofisi fəaliyyət göstərir. BQXK-nin hansısa ərazidə fəaliyyəti həmin ərazinin statusuna təsir eləmir. Həmçinin, əsirlərə başçəkmə zamanı BQXK gördüklərini ictimaiyyətə açıqlamır. 

Qeyd edək ki, Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Xankəndində erməni separatçıların qondarma və qanunsuz məhkəmə prosesi ilə mühakimə edilməsi, cinayətkar rejim tərəfindən işgəncələrə məruz qoyulması barədə rəsmi Bakı indiyədək bir çox beynəlxalq təşkilatlara şikayət edərək onların azad olunması üçün müraciət etsə də, dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq normalarının heçə sayılması səbəbindən bu cəhdlərin hələlik heç bir nəticəsi yoxdur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam