Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Britaniya Ukraynadan idxal etdiyi məhsullar üçün gömrük rüsumunu aradan qaldırdı

 Britaniyanın Maliyyə Nazirliyi Ukraynadan idxala tətbiq edilən bütün gömrük rüsumlarının qaldırıb.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, bu addım Ukraynanı müharibə şəraitində dəstəkləmək üçün atılıb.

Həmçinin bildirilib ki, İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində “Ukrayna xalqına təzyiq etmək üçün” istifadə olunması ehtimalı olunan texnologiya məhsullarının Rusiyaya ixracı qadağandır. Bu məhsullar ayrı-ayrılıqda göstərilməsə də, ümumi olaraq dinləmə və izləmə fəaliyyətlərində istifadə edilə bilən texnologiya məhsulları ola biləcəyi qeyd edilir.

Britaniyanın xarici ticarət naziri Anne-Mari Trevelyan bu barədə belə deyib:

“Britaniya Putinin qəddar və əsassız işğalına qarşı Ukraynanın mübarizəsini dəstəkləmək və Ukrayna xalqının uzunmüddətli təhlükəsizliyini və rifahını təmin etmək üçün əlindən gələni etməyə davam edəcək”.

Belə ki, Britaniya Milli Statistika İdarəsinin məlumatlarına görə, İngiltərə 2021-ci ildə Ukraynadan 830 milyon funt-sterlinq dəyərində məhsul idxal etdiyi halda, həmin il Ukraynaya 670 milyon funt-sterlinq ixrac edib.

Qeyd edək ki, İngiltərənin Ukraynadan idxal etdiyi əsas məhsullar buğda, qarğıdalı, arpa və düyü və günəbaxan yağıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam