Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Mer:"Sumıda hər birində 12 evin olduğu 8 küçə dağıdılıb"

 

Sumı şəhərində aviasiya zərbələrindən sonra sadəcə 1-2 ev deyil, hər birində 10-12 evin yerləşdiyi küçələr, infrastruktur obyektləri dağıntılara məruz qalıb, 8 küçəyə xeyli zərər dəyib.

Yenixeber.org: Bunu Ukraynanın Sumı şəhərinin meri Aleksandr Lısenko bildirib.

"Sumı şəhərinə yalnız ayın 24-dən daxil olmuşdular. Həmin vaxt onlar 1000-dən çox maşının daxil olduğu karvanla Kiyev istiqamətində hərəkət edirdilər. Çünki hücumdan sonra şəhərin müdafiəsinin fəal şəkildə gücləndirilməsinə başlanıldı. Bu işdə təkcə şəhərimizə göndərilmiş hərbi qüvvələr deyil, həm də şəhəri tərk etməmiş şəxslərdən formalaşdırılmış könüllü dəstələr iştirak edirdilər", - mer bildirib.

O qeyd edib ki, müdafiə təşkil edildikdən sonra şəhər qalaya çevrildi: "Martın 24-25-i baş tutmuş döyüşlərdən sonra işğalçılar şəhərdən çıxarılmışdı. Onlar 4 istiqamətdə şəhərə gələn yollar üzərində yerləşmişdilər. Prinsipcə, atəşə tutulmayan yeganə yol da təhlükəsiz deyildi. Deyə bilərəm ki, işğalçılara qarşı qurulmuş qurğular indiyədək qalmaqdadır. Lakin artıq üzərində işlər aparıldıqdan sonra onlar daha da möhkəmləndirilib. Düşmənin ay yarım ərzində şəhərə daxil olmaq cəhdləri uğurla nəticələnmədi. Bundan sonra şəhər artilleriya atəşinə tutuldu. Mərmilərin çoxu şəhərin kənarlarına düşsə də, bəzən mərkəzə də düşürdü. Təbii ki, aviasiya zərbələrindən sonra vəziyyət daha faciəvi idi. Hücumun ilk günlərində aviasiya zərbələrinə qarşı müqavimət göstərmək çətin idi. Şəhəri müdafiə edən qüvvələrin bunun üçün imkanları yox idi. Buna görə də, ən faciəvi hadisələr yaylım atəşi, raket və aviasiya zərbələrində sonra yaşanırdı. Ölənlər əsasən dinc sakinlər və ilk günlərdən şəhərin müdafiəsinə qalxan şəxslərdir".

Lısenko deyib ki, lap əvvəldən məlumat siyasətinin əsasında düşmənin ondan istifadə etməməsi dururdu:

"Bizim problemlərimizin olduğunu və onlardan çıxış yollarını deyirdik, amma konkretləşdirmək istəmirik. Məqsədimiz düşmənin şəhərə daxil olmasına imkan verməmək və normal həyat şəraitini təmin etmək idi. Məsələn, ilk zərbələr işıq infrastrukturuna vurulmuşdu. Su təminatı da dayanmışdı. Məktəblərdə dərslər dayandırıldığından uşaqlar evdə idilər. Maksimum təxliyə işləri görməyə çalışırdıq, amma insanları xəbərdar etmişdik ki, biz artıq düşmənin arxasında qalmışıq. Onların şəhərə daxil olacağı təqdirdə vəziyyətin necə olacağını demək çətin idi. Biz düşmən atəşlərini gözləyirdik, lakin maksimum şəkildə çalışırdıq ki, infrastrukturu və ilk növbədə, insanları qoruyaq. Hava həyəcanı ilə insanlar xəbərdar edilirdi. Lakin, əsas məsələ sakitliyi təmin etmək idi. Qadınlar, uşaqlar və qocaların olduğu ailələr şəhərdən çıxarılmalı idi. Bu məqsədlə 7 humanitar dəhliz yaradılmışdı. 50 minədək insan bu imkandan istifadə etmişdi. Şəhər müdafiəçiləri bundan sonra şəhəri daha rahat müdafiə edə bilərdilər", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam