Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Rusiyalı oliqarx “Qızıl kral”ın lüks yaxtası saxlanıdı-SƏBƏB

Fici rusiyalı oliqarx “Qızıl kral”ın lüks yaxtasını MÜSADİRƏ ETDİ 

Fici polisi rusiyalı milyarder Süleyman Kərimova məxsus 325 milyon dollar dəyərindəki lüks yaxtaya həbs qoyub.

Yenixeber.org: Fici polis rəisi Sitiveni Qiliho bildirilib ki, ölkənin ikinci ən böyük şəhəri olan Lautokada lövbər salan təxminən 106 metr uzunluğundakı yaxta gömrük giriş icazəsi olmadığına görə saxlanılıb.

Polis rəisi qeyd edib ki, Kərimovun “Amadea” yaxtası bütün tədqiqatlar tamamlandıqdan sonra Fici sahillərini tərk edəcək.

Həmçinin Avropa İttifaqının Sakit Okean Nümayəndəliyinin rəhbəri Sujiro Seam rus oliqarxlarının aktivlərinə qarşı sanksiyalarla bağlı Fici də daxil olmaqla tərəfdaş ölkələrlə müzakirələrin davam etdiyini bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və “Rusiyanın ən zəngin 9-cu adamı” olaraq xarakterizə edilən “qızıl kral” Süleyman Kərimovun Forbes jurnalına görə 14,5 milyard dollar sərvəti var.(“Fiji Sun”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam