Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Rus oliqarxın 530 milyonluq meqayaxtası müsadirə edildi-FOTO

Rus oliqarxın    530 milyonluq meqayaxtası    müsadirə edildi

İtaliya hüquq-mühafizə orqanları rusiyalı oliqarx Andrey Melniçenkonun meqayaxtasına həbs qoyublar. 
Yenixeber.org: Bu barədə CNN İtaliya Maliyyə Qvardiyasının bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, superyaxta İtaliyanın şimal-şərqindəki Triest şəhərində imiş. Onun dəyəri təxminən 530 milyon avrodur.
Gəmini inşa edən “Nobiskrug” şirkətinin məlumatına görə, o, dünyanın ən böyük yaxtalarından biri sayılır.
Qeyd edək ki, Melniçenko Avropa İttifaqının martın 9-da tətbiq etdiyi sanksiyalara məruz qalanlar siyahısındadır. Avropa Komissiyasının qərarında qeyd edildiyi kimi, o, 35 digər iş adamı ilə birlikdə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra prezident Putinlə görüşərək sanksiyaların iqtisadi təsirini müzakirə edib.
- Onun bu görüşə dəvət olunması onu göstərir ki, iş biznesme Vladimir Putinin yaxın çevrəsinə mənsubdur və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə, eləcə də sabitliyinə və təhlükəsizliyinə xələl gətirən və ya təhdid edən hərəkətləri dəstəkləyir, - Avropa Komissiyası bildirib.
Xatırladaq ki, bir müddət öncə İtaliya polisi sanksiyaya məruz qalmış Kremlin təbliğatçısı kimi tanınan Vladimir Solovyov və rusiyalı oliqarx Əlişir Usmanova məxsus villalar müsadirə edilmişdi. Almaniya hakimiyyəti Usmanovun Hamburqdakı 600 milyon dollarlıq yaxtasını da müsadirə edib.
Bundan başqa Fransada “Rosneft” şirkətinin rəhbəri və Rusiya prezidentinin dostu kimi tanınan İqor Seçinə məxsus yaxta müsadirə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam