Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyaya daha bir zərbə:maliyyə ehtiyatlarının üçdə ikisini itirdi

 

                    Ekspert qənaəti: “Ölkə iqtisadiyyatı üçün bu – faciədir”

Yenixeber.org: Avropa İttifaqı və tərəfdaşları Rusiya Mərkəzi Bankının aktivlərini “iflic etmək” qərarı veriblər. “Bu, ölkənin tranzaksiyalarını (köçürmələrini) dayandıracaq və onu pullarından istifadə imkanından məhrum edəcək”, – Avropa Komissiyasının rəhbəri Ursula for der Leyendeyib. “Rusiyanın maliyyə ehtiyatlarının yarıya qədəri dərhal dondurulacaq, çünki onlar G7 ölkələrinin banklarındadır. Bu tədbir bütünlüklə Rusiyanın maliyyə sisteminə ciddi təsir göstərəcək” – Avropa İttifaqı diplomatiyasının başçısı Josep Borrel isə əlavə edib.

2022-ci ilin fevral ayının əvvəlində Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 630 mlrd dollar təşkil edib. Rezervlərin strukturu belədir: 468 mlrd dollar – xarici valyutada; 132 mlrd dollar – qızılda, təxminən 30 mlrd dollar rublda saxlanılır.  

“Məhz xarici valyutada saxlanan 468 mlrd dolların nəhəng hissəsi “həbs” altına alınır, – Avropa İttifaqının qərarını iqtisadi məsələlər üzrə ekspert Eldar Əliyev şərh edir. – Hətta “çin payı”nı, yəni ehtiyatların qızıl və rublla təkcə Rusiyada olan hissəsini deyil, həm də yuanla Çində saxlanılan 14%-ni nəzərə alsaq, görərik ki, indi Moskvanın əlində bütün sərvətinin 35%-i qalır. Yalnız üçdə biri. Rusiya iqtisadiyyatı buna sadəcə tab gətirməyəcək. Biz onu da hesaba almalıyıq ki, belə böyük maliyyə sanksiyaları təkcə dövlətin aktivlərinə deyil, ayrı-ayrı rus oliqarxlarının vəsaitlərinə də tətbiq edilib. Onlardan da istifadə imkanları məhdudlaşdırılıb”, – deyə ekspert bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam