Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Ficidən maraqlı qərar: -Peyvəndlənməyən məmurlar işdən çıxarılacaq

Ficidən maraqlı qərar:   Peyvəndlənməyən məmurlar işdən çıxarılacaq
Fici hökuməti koronavirus əleyhinə vaksinlərin vurulmasını məcburi qaydaya çevirməyə çalışır.
Yenixeber.org: Bu barədə "The Guardian" nəşri yazıb. Belə ki, peyvəndlənmə ölkədə dövlət işində çalışan məmurlar və hətta bir çox özəl sektorda, müəssisələrdə çalışanların qalıb işləməsi üçün əsas şərtə çevriləcək. Məmurlardan kimsə peyvənddən imtina etdiyi təqdirdə o işini itirəcək.

Ölkə başçısı Frank Beynimarama televiziya ilə xalqa etdiyi müraciətdə özəl sektor işçiləri və rəhbərlərini 1 avqusta qədər ən azı bir doza COVID-19 peyvəndi vurdurmalı olduğunu söyləyib.

"Hər hansı bir şirkətin baş direktoru, fərdi sahibkar və ya işçi olmağınızın heç bir əhəmiyyəti yoxdur. İşə davam etmək üçün peyvəndlənməlisiniz. Əks təqdirdə biznesinizin bağlanması təhlükəsi var",-Beynimarama bildirib.

Nəşrin yazdığına görə, məmurlara ilk peyvəndlərini 15 avqusta qədər etməyəcəkləri təqdirdə məzuniyyətə getmək təklif ediləcək. Onlar noyabrın 1-ə kimi tam peyvəndlənmə prosesindən keçməzlərsə, işdən qovulacaqlar.

Qeyd edək ki, Fici hökuməti peyvənd kampaniyasını artırmaq üçün ağır cərimələr tətbiq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam