Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Ukrayna Prezident Ofisinin rəhbəri Emmanuel Makrona cavab verib

 

“Biz Rusiyanın Ukrayada törətdiklərinin soyqırımı olduğunu Beynəlxalq Məhkəmədə sübut edəcəyik”.

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynada törətdiklərini “soyqırımı” adlandırmamasına münasibət bildiriərkən deyib.

“Volodimir Zelenski Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı adlandırır. ABŞ Prezidenti Cozef 

Bayden ukraynalıların soyqırımı

 deyir. Biz Beynəlxalq Məhkəmədə bunu sübut edəcəyik. Demokratiyanın liderləri artıq hər şeyi öz adı ilə çağırır. Təxminən hamısı bu fikirdədir. İnanıram ki, “təxminən” sözü müvəqqətidir.

Rusiyanın təbliğat maşını Buçada törədilənləri “feyk” sayır. Ancaq demokratik sivilizasiya baş verənləri özü görür. Rusiya 21-ci əsrdə Ukrayna xalqını soyqırımı edir. Ancaq onlar Ukraynaya qalib gələ, millətimiz məğlub edə biməyəcəklər. Onları bütün istiqamətlərdə məğlubiyyət gözləyir. Bundan sonra xalqımıza qarşı bütün cinayətlərə görə məsuliyyət daşıyacaqlar”, - Andrey Yermak vurğulayıb.

Xatırladaq ki, jurnalistlər Emmanuel Makrona Rusiyanın Ukrayanda törətdiklərini “soyqırımı” kimi qiymətləndirib-qiymətləndirmədiyinə dair sual veriblər. Fransa Prezidenti sual belə cavablandırıb: “Bu gün bu termini ehtiyatla işlədəcəyəm. Çünki bu iki xalq (Rusiya və Ukrayna - “Report”) qardaşdır”.

Bununla belə Makron Rusiyanın Avropada görünməmiş hərbi cinayətlər törətdiyini söyləyərək əlavə edib: “Fransa bu cinayətləri araşdırmaq üçün Ukrayna ilə əməkdaşlıq edir”.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam