Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Bayden Zelenski ilə telefonla danışdı-YENİLƏNDİ

ABŞ Prezidenti Cozef Bayden ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
 Yenixeber.org: Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

                              ***

ABŞ prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazırdır.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib. Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında ilk telefon söhbəti olub.

"Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək imkanını gözləyir, həmçinin Ukrayna parlamentində öz çıxışını xatırladı", - Yermak feysbukdakı səhifəsində yazıb.

ABŞ-ın Ağ Evin saytında yerləşdirilən məlumata görə, Bayden və Zelenski müstəqilliyin əhəmiyyəti və Ukraynanın ərazi bütövlüyü haqqında danışıblar.

Ölkə liderləri ümumi demokratik dəyərlərə əsaslandırılan islahatlar proqramları üzərində birgə işləyəcəklərini təsdiqləyiblər.

Bundan başqa, Bayden və Zelenski Birləşmiş Ştatların və Ukraynanın pandemiyanın qarşısının alınması, həmçinin regionda demokratiyanın gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq haqqında danışıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam