Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Xarabalığa çevrilən şəhər -Buçadan FOTOREPORTAJ

Rusiyanın Ukraynada apardığı müharibədə daha çox mülki insanın qətl edilməsi və xarabalığa çevrilməsi ilə dünyanın gündəmi olan Kiyev vilayətinin Buça şəhəri bir həftədir işğaldan azad olunub.

Yenixeber.org: Martın əvvəlindən aprelin əvvəlinə qədər Rusiya hərbçilərinin işğalı altında olan Buçanı Ukrayna Silahlı Qüvvələri işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti şəhərdə törədilmiş insan qırğınının, baş vermiş zorakılığın şahidi olub.

Reportaj zamanı şəhər sakini Tatyana Batora bildirib ki, şəhərə girən Rusiya hərbçiləri onların evlərinə daxil olanda onun ərini öldürüblər. Həmin vaxt zirzəmidə olan Tatyana 2 gün sonra ruslar tərəfindən evinə buraxılıb və 4 gün sonra binanın həyətində ərini basdırıb.

Yeri gəlmişkən, şəhərdə işğal zamanı öldürülən insanlar ya binaların həyətində, ya da kilsə yaxınlığında kütləvi şəkildə basdırılıb. Hazırda onlar çıxarılaraq qəbiristanlığa köçürülür.

Bundan başqa, sakinlər burada olduqları müddətdə Rusiya hərbçilərinin onları yeni mənzillərindən qovaraq orada necə yerləşmələrini də göstəriblər. İnfratrukturu dağılan şəhərdə hələ də kommunikasiya bərpa olunmayıb, sakinlər qidalarını küçədə kustar üsul ilə hazırlayırlar.

Qeyd edək ki, Buça Kiyev vilayətinin turizm bölgələrindən biri kimi tanınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam