Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ruslar Mariupolu yer üzündən silir-vəhşilik və faşizm

Ukraynada martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan Azov şəhəri yer üzündən silinir. Müharibədən əvvəl 400 minə yaxın sakini olan bu şəhərdə bombardmanlar və artilleriya-raket zərbələri nəticəsində ölən dinc sakinlərin sayı 2500-i keçib. Şəhərdə salamat bina demək olar qalmayıb və humanitar fəlakət yaşanır. Çünki Rusiya qoşunları nə dinc sakinlərin şəhəri tərk etməsinə, nə də şəhərə humanitar yardım karvanının daxil olmasına imkan vermir.

 

Yenixeber.org: Ukrayna prezidenti Ofisinin nümayəndəsi Aleksey Arestoviç bu gün, martın 14-də, keçirdiyi brifinqdə bildirib ki, şəhərdə olduqca mürəkkəb, fəlakətli vəziyyət yaranıb və işğalçılar Mariupolu sadəcə olaraq yer üzündən silir.

“Ruslar şəhəri sadəcə olaraq yer üzündən silir. Bizim hərbçilərimiz uğurlar əldə ediblər, dünən onlar zirehli tank qruplaşmasının şəhərə daxil olmaq cəhdinin qarşısını növbəti dəfə alıblar, əsirlər götürüblər. Lakin məsələ bundadır ki, ruslar sadəcə olaraq şəhəri yer üzündən silir. 2500-dən çox öldürülən var, bu hələ rəsmi məlumatdır. Və bu fəlakətdir və dünya hələ də öz adekvat qiymətini verməyib”,-Arestoviç bildirib.

 

Prezident Ofisinin nümayəndəsi qeyd edib ki, dövlət başçısı Volodimir Zelenskinin son üç gündür gündəmində əsas yeri Mariupol tutur. Prezident şəhərə və onun əhalisinə qarşı törədilən bu aşkar vəhşiliklə bağlı beynəlxalq ictimaiyyəti, xarici ölkə rəhbərlərini səfərbər etməyə çalışır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam