Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?-SƏBƏB

 

Hər kəsə məlumdur ki, son bir neçə il ərzində ölkəmizin hüquq-mühafizə orqanlarında, ələlxüsus Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar nəticəsində əldə olunan yeniliklər və s. tam əksəriyyətin diqqətini cəlb etməkdədir.

Yenixeber.org: Faktdır ki, Daxili İşlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının əsas sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalarına və s. bu gün də lazımınca diqqət yetirir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava əmələ gəldi. Yəni, tam əksəriyyətin düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili, təcrübəli şəxs olması, məhz ölkəmizin daxili işlər orqanı sahəsində yaşanan müəyyən problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Bəli, bu həqiqətən də belə oldu. Yəni, ötən 2 il 9 aya yaxın müddət ərzində bu yöndə lazımi addımlar atıldı və hal-hazırda da atılmaqda davam edir. Təəssüf hissi ilə qeyd edək ki, bugünə kimi cənab Nazirin rəhbərliyi altında bir çox islahatların həyata keçirilməsinə, lazımi addımların atılmasına baxmayaraq, hələ də polis əməkdaşlarından bəziləri DİN-nin verdiyi tapşırıq və tövsiyyələrə məhəl qoymurlar, üzərinə düşən vəzifə borclarını lazımi səviyyədə yerinə yetirməyə həvəs göstərmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün də ayrı-ayrı vətəndaşlar müəyyən hoqqalarla üz-üzə qalırlar, hətta onlardan bir çoxları əsassız şəkildə getgələ də salınırlar. Məsələn, bir neçə gün bundan öncə gundemxeber.az saytının redaksiyasına İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyevin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər dövlət qurumlarının rəhbər şəxslərinə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Dərgah Mehtiyev yazmış olduğu ərizəsində qeyd edir: “27 avqust 2018-ci il tarixdə Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzinin qarşısında dövlət nömrə nişanı 99-CF-244 “Mersedes” markalı avtomobilimdən 16 min manat pulumu, sürücülük vəsiqəmi, bir neçə şəxsiyyət vəsiqələrini, bank kartları olan əl çantamı oğurladılar. Baş verən oğurluq faktı ilə bağlı dərhal Şirvan ŞPŞ-nə, bir çox dövlət qurumlarına, o cümlədən DİN-nə rəsmi qaydada şikayət ərizələri göndərdim. Düzdür, yazmış olduğum şikayət ərizəsi əsasında Şirvan ŞPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi açıldı, zərərçəkən şəxs olaraq tanındım, amma bir qədər vaxt keçdikdən sonra, mənə qarşı fərqli yanaşmanın varlığını hiss etməyə başladım. Az sonra o da bəlli oldu ki, baş verən oğurluq faktı ilə bağlı Şirvan ŞPŞ-də başlanmış cinayət işinin istintaqını aparan müstəntiq Əhməd Baloğlanov, işin mühüm hallarını istintaqdan gizlətməyə çalışmışdır. Hətta, baş vermiş oğurluq faktı ilə bağlı həyat yoldaşım Rəfiqə Bədirxanova, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın qəbulunda da olmuşdur. Bundan sonra yazmış olduğumuz şikayət ərizəmizə Şirvan şəhər Prokurorluğundan cavab verildi. Prokurorluqdan verilmiş cavab məktubda açıq-aşkar şəkildə qeyd olunmuşdu ki, Şirvan ŞPŞ-nin müstəntiqi Əhməd Baloğlanov, işin mühüm hallarını istintaqdan gizlətmiş, hadisənin baş verdiyi ərazidə müşahidə kamerasının olmasına baxmayaraq o, həmin kameraya baxış keçirməmişdir. Bundan əlavə müstəntiq Əhməd Baloğlanov, oğurluq hadisəsi baş verən vaxtlarda Müalicə Diaqnostika Mərkəzində mühafizəçi işləyən şəxsin şəxsiyyətini araşdırıb müəyyən etməmişdir. Bu cür hərəkətlər də onu söyləməyə əsas verir ki, deməli oğurluğu törətmiş şəxs və ya şəxslər Şirvan ŞPŞ-nin əməkdaşlarına məlumdur. O halda onu da ehtimal etmək olur ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslər, yəni Rəhman və Tünzalə adlı şəxslərin Şirvan ŞPİ-nin rəisi Hikmət Quliyevlə və müstəntiq Əhməd Baloğlanovla müəyyən işbirlikləri var. Qeyd edim ki, ilk əvvəl hər iki şəxs şübhəli şəxs qismində saxlanılırlar və onlar oğurlanmış pulun 6 min manatını boyunlarına alırlar. Amma çox keçmir ki, hansısa səbəbdən hər iki şəxs sərbəst buraxılırlar. Bu işlə bağlı sabiq DİN cənab Ramil Usubovun qəbulunda olarkən o, Cəfər Fərzəlizadə adlı polis əməkdaşına lazımi əməliyyyat tapşırığının həyata keçirilməsi yöndə müvafiq tapşırığını versə də, təəssüflər olsun ki, bu gün də bu işin heç bir nəticə yoxdur.

Baş vermiş oğurluq faktı ilə bağlı cinayət işi araşdırılarkən o da müəyyən olunmuşdur ki, avtomaşınımdan oğurlanmış şəxsi sənədlərim hansısa şəxs və ya şəxslər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A. Məmmədov küçəsindəki yaşayış binasının qarşısına atılmışdır. Həmin sənədlər aşkar olunduqdan sonra, onları Bakı şəhərində yaşayan qardaşım V. Mehdiyevə təhvil verirlər. 23 sentyabr 2018-ci il tarixdə isə, qardaşımın iştirakı ilə müvafiq protokol tərtib olunur və həmin sənədlər cinayət işi materiallarına əlavə olunur. Bundan sonra, bu xüsusatla bağlı ibtidai istintaq aparılmasının, ərazidə yaşayan və sənədlərin qeyd olunan əraziyə atılmasını görə bilən şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsinin, ərazidəki video-müşahidə kameralarının görüntülərinin əldə olunmasının və müvafiq protokol tərtib olunaraq cinayət işi materiallarına əlavə edilməsinin, həmçinin əraziyə nəzarət edən müvafiq polis orqanına geniş və ətraflı əməliyyat tapşırığı verilməsinin təmin olunması məqsədilə, 29 noyabr 2018-ci il tarixli qərarla “cinayət işinin dayandırılması” haqqında qərar ləğv olunur. Bildirirəm ki, bu iş üzrə icraat dəfələrlə dayandırılmaqla təzələnmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazmış olduğum sonuncu şikayət ərizəmə verilən cavabdan da bəlli olur ki, bu cinayət işinin icraatı sonuncu dəfə 13 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 01 dekabr 2021-ci il tarixdə isə, bu qərar Şirvan şəhər Prokurorluğunda ləğv olunmuş və iş materialları Şirvan ŞPŞ-nin istintaq bölməsinə qaytarılmışdır. Təkrar yazdığım şikayət ərizələrimə isə “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilərsə, həmin şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək” deyə şablom cavablar verilir. Heç cür başa düşə bilmirəm ki, mən bu cür cavabları nə vaxta qədər eşidəcəyəm? O halda sual oluna bilər ki, görəsən 2018-ci ildən bugünə kimi Şirvan ŞPŞ əməkdaşlarının baş verən oğurluq faktı ilə bağlı əməli addım atmamalarının kökündə nələr durur? Axı, mən də bu ölkənin vətəndaşıyam və mənim də Konstitusiya ilə qorunan və müdafiə olunan konstitusion hüquqlarım var.

 

    Əlavə olaraq onu da qeyd edim ki, mən 09 dekabr 2021-ci il tarixdə ərizə ilə Şirvan ŞPŞ-nə müraciət edib cinəyət işinə aidmaterialların surətlərini əldə etmək istəsəm də, qarşı tərəf bundan imtina etdi və imtina etməsini onunla əsaslandırdı ki, yalnız istintaq tam şəkildə baş çatdıqdan sonra iş materiallarının surətləri maraqlı tərəflərə verilə bilər. Əslində iş materiallarının surətlərinin mənə verilməsindən imtina olunması, birbaşa hüquqlarımın kobud şəkildə pozulması deməkdir. Unutmaq olmaz ki, qanun bütün hallarda cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, mümkün məhkəmə baxışına hazır olmaq məqsədilə zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə, müdafiəçiyə və s. kimi şəxslərə iş materialları ilə tanış olmaq, onların surətlərini əldə etmək ixtiyarı verir. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-də proses iştirakçılarının cinayət prosesinin istənilən mərhələsində iş materialları ilə tanış olmaq, surətlərini əldə etmək hüququ nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüququn digər normalarına əsasən də, bunlar heç də qadağan olunmur. Bütün bunlara baxmayaraq, hər dəfə mənə eyni məzmunlı məktublarla cavab verilir və bununla da qarşı tərəf işini bitmiş hesab edir”. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik.(GundemXeber.Az)

Mövzuya qayıdacağıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam