Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

ABŞ Rusiya gübrəsinə sanksiyanı ləğv edib

ABŞ Rusiya gübrəsinə sanksiyanı ləğv edib

ABŞ-ın Maliyyə nazirliyinin Xarici aktivlərə nəzarət idarəsi Rusiyanın mineral gübrələrini mümkün sanksiyaların şamil olunmadığı həyati zərurət kəsb edən məhsullar siyahısına salıb. Bu barədə məlumat verən “Kommersant” nəşrinin yazdığına görə, siayhıya kənd tətəsrrüfatı malları, dərmanlar və tibbi məhsullar da daxildir.
Yenixeber.org: “Kommersant” nəşrinin müsahibləri bu məqamın siyahıya salınan məhsullar üzrə istənilən ticarət əməliyyatlarını aparmaq imkanı verdiyini vurğulayıblar.
- ABŞ-ın Maliyyə nazirliyinin sənədi eks-ərazi xarakter daşıyır. Yəni, çox böyük ehtimalla, Amerikanın müttəfiqləri də buna uyğun hərəkət edəcəklər, - bu sahə üzrə ekspertlər bildiriblər.
Onların fikrincə, belə qərara səbəb Rusiyadan ixrac olunan malların tədarükünün logistikasının pozulması üzündən dünya bazarında yaranan qıtlıqdır. Sanksiyalar ucbatından Rusiya gübrəsinin alışı ilə bağlı Avropa istehlakçıları risklərdən qaçdıqlarına görə, ixracatçılar daşınmaların məhdudlaşması ilə üzləşiblər. Belə ki, martın 1-dən etibarən dəniz konteynerləri vasitəsi ilə daşımalarla məşğul olan 3 böyük şirkət – İsveçrənin “Mediterranean Shipping Company” (MSC), Danimarkanın “Maersk” və Fransanın “CMA CGM” şirkətləri Rusiyadan yüklərin daşınmasını dayandırıblar.
Nəşrin yazdığına görə, ekspertlər Vaşinqtonun qərarından dərhal sonra satışların daha asanlıqla getməyə başladığını bildiriblər.

Kimyəvi məhsullar bazarında bu sənədin ənənəvi daşımaların bərpa olunmasına kömək edəcəyinə ümid bəsləyirlər. Çünki logistika şirkətləri zəruri tələbat mallarını və humanitar yükləri daşımaqdan imtina etmirlər ki, indi onların sırasına gübrələr də aid edilib.
Hazırda kimyəvi məhsulların tədarükü müstəvisində Moskvadan çox ciddi asılılığı olan Avropa Rusiyanın hesabına 25% karbamidə, 15% ammiak selitrasına, təxminən 33% fosfor gübrələrinə və 35% kaliuma ehtiyacını ödəyir. ABŞ isə Rusiyanın istehsal etdiyi kaliumdan 6%, diammonisulfatdan 20% və karbamiddən 13% asılıdır.

Bütün sahələrdə olduğu kimi bu istiqamətdə də yaranan problemlər Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və bir çox ölkələrin ona qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmələrinin nəticəsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam