Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYANIN İXRACA MƏHDUDİYYƏTLƏRİ AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK? – “Bunun müsbət və mənfi təsirləri olacaq...”

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu ziyanın miqyası hər ötən gün bir qədər də artır. Avropa və ABŞ-ın Rusiyanın işğalçı siyasətinə cavab olaraq tətbiq etdiyi sanksiyalar, həm də qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir.

Yenixeber.org: Sanksiyalar Rusiyanı müəyyən qədər küncə sıxışdırsa da, işğalçı ölkə öz məkrli planlarından əl çəkmək istəmir. Belə ki, bir neçə gün öncə özünə qeyri-dost bildiyi dövlətlərin siyahısını açıqlayan Rusiya hökuməti, indi də bu ölkələrə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Rusiya Prezidenti Vladimir Putin son çıxışında bildirib ki, Rusiya dekabrın 31-nə qədər bəzi ölkələrə məhsul ixracını dayandıracaq. O, hökumətə həmin ölkələrin qısa vaxtda siyahısının hazırlanması üçün tapşırıq verib.

Ekspertlər Avropa, ABŞ və Rusiya arasında baş verən soyuq müharibənin uzanacağı təqdirdə, qlobal inflyasiyanın sürətlənəcəyini bildirirlər. Sanksiyalar iki tərəfə də mənfi təsir göstərdiyindən, yaxın tarixdə həm Avropa, həm də Rusiya iqtisadiyyatında böhran başlaya bilər. Qeyd edək ki, son statistik məlumatlara görə, Rusiyaya qarşı ümumilikdə 5356 sanksiya tətbiq olunub.

Yeni sanksiyalarla birlikdə, rublun sürətlə dəyər itirməsi və müharibənin maddi zərərləri onsuzda pis vəziyyətdə olan Rusiya iqtisadiyyatını bir qədər də çökdürür. Belə olan halda Rusiyanın tətbiq edəcəyi sanksiyaların nə dərəcədə effektiv olacağı da sual doğurur.

Ekspertlər Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycanla olan iqtisadi əlaqələrə də təsir edəcəyini bildirirlər. Statistik məlumatlara nəzər saldıqda aydın olur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub.

Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.

Azərbaycanın əsas idxal bazarı Rusiya hesab olunur.

Rusiyadan idxal olunan əsas məhsullar isə kartof, quş əti, tərəvəz, çay, buğda, buğda unu, düyü, bitki yağları,marqarin, kolbasa, qənnadı məmulatları, şokolad, makaron, çörək, mineral və qazlı sular, pivə, araq, təbii qum, kvars, mineral gübrə, daş kömür, sürtkü yağları, elektrik enerjisi, meşə materialları, qəzet kağızı, polad, məişət soyuducusu, paltaryuyan maşın, televizya qəbuledicisi və xüsusi təyinatlı avtomobillərdir.

 

 

Mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Rusiyanın bu addımının əsas məqsədi özünə qeyri-dost bildiyi ölkələri cəzəlandırmaqdır: “Rusiya bu yolla ona sanksiya tətbiq edən həmin ölkələrə ziyan vurmağa çalışır. Eyni zamanda Rusiya ixrac etdiyi məhsulların əmtəə qiymətini yüksəlmək istəyir ki, bu yolla əlavə gəlir əldə edə bilsin”.

Ekspert qeyd edir ki, hazırda Rusiyanın neft-qaz məhsullarının ixracını dayandırması mümkün görünmür: ”Rusiya özü də bilir ki, bu addımı atsa daha ciddi sanksiyalarla üzləşə bilər. Rusiya əsas taxıl ixracatçısı olduğundan bu yolla dünyanı sınağa çəkə bilər. Məsələn, taxılın ixrac rüsumunu artıraraq, ölkələrə təzyiq göstərə bilər.

Düşünürəm ki, Azərbaycanın sanksiya tətbiq edilən ölkələr siyahısında olması real görünmür. Amma buna baxmayaraq, Rysiyanın bu qərarının Azərbaycana müsbət və mənfi təsirləri olacaq. Müsbət tərəfİ odur ki, enerji və neft qiymətləri bahalaşacaq və Azərbaycan bundan əlavə gəlir götürəcək. Mənfi tərəfi isə odur ki, taxıl və əlvan metallurgiya qiymətləri bahalaşacaq. Bu da öz növbəsində inflyasiyanın artmasına və daxildəki qiymətlərin bahalaşmasına səbəb olacaq”.(azpolitika)

Elvin Bəyməmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam