Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

ABŞ bu ölkə ilə ən böyük hərbi təlimə başlayıb

ABŞ və Filippin ən böyük hərbi təlimə başlayıb

Filippində təxminən 9000 ABŞ və Filippin əsgərinin iştirak etdiyi illik “Balikatan 2022” manevrləri başlayıb.
Yenixeber.org: Aprelin 8-dək davam edəcək təlimlərin açılış mərasimi Luson adasındakı Kesonsiti şəhərində keçirilib. 3-cü Dəniz Piyada Diviziyasının komandiri, general-mayor Cey Barceronun sözlərinə görə, hazırkı manevrlər regionda güc nümayişi deyil.
İki həftə davam edəcək təlimdə dəniz təhlükəsizliyi, canlı yanğın təlimləri, amfibiya, şəhər və hava əməliyyatları, terrorla mübarizə, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunacaq. “Balikatan” həmçinin Filippin və ABŞ qüvvələrinin simulyasiya edilmiş mühitdə bir-birləri ilə plan, komanda və ünsiyyət qurma qabiliyyətini yoxlayan komanda-qərargah məşqini də əhatə edir.
“Balikatan” təlimi 37-ci dəfədir keçirilir. Bu il Avstraliya, Yeni Zelandiya və Cənub-Şərqi Asiyadan olan müttəfiq ölkələr müşahidəçi qismində çıxış edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam