Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Narkokuryerlər 19 kq narkotiklə saxlanılıb -Cəlilabadda

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 19 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov saxlanılıblar.

Onlara məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli imişlər.

 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam