Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Ağdaş sakinlərindən - 2 kq-dan artıq narkotik vasitə götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da  üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kiloqram 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam