Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yanukoviç Zelenskiyə müraciət edib

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskini nəyin bahasına olursa olsun qanı dayandırmağa çağırıb.

Yenixeber.org: Bu barədə RİA Novosti məlumat yayıb.

Yanukoviç müraciətində deyir:

“Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçiniz” var, amma şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Bu, sizdən Ukraynada, Donbassda və Rusiyada gözlənilir”.

Yanukoviç bildirib ki, Ukrayna xalqı və Kiyevin Qərbdəki tərəfdaşları belə bir addıma görə minnətdar olacaqlar:

“Mən Volodimir Zelenskiyə prezidentlik və hətta bir az atalıq üslubunda müraciət etmək istəyirəm. Volodimir Aleksandroviç, yəqin ki, əsl qəhrəman olmaq arzusundasan! Amma qəhrəmanlıq nümayişkaranəlik deyil, son ukraynalıya qədər döyüşmək deyil. İnsanların həyatını xilas etmək naminə fədakarlıqda, öz qürur və ambisiyaları üzərində qələbə çalmaqdadır”.

O qeyd edib ki, hazırda Vətənində baş verənləri ağrı ilə qəbul edir və ukraynalıların dözmək məcburiyyətində qaldıqları əzablara dərin rəğbət bəsləyir. Eyni zamanda o vurğulayıb ki, “hər hansı bir faciədə elə bir məqam var ki, onu hələ də dayandırmaq olar”:

“İlk gündən Ukraynada müharibəni dayandırmağa söz verdiniz və buna görə də bütün Ukrayna sizi dəstəklədi. Siz sülh prezidenti ola bilərsiniz, amma təəssüf ki, bu baş vermədi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam