Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yanukoviç hakimiyyətə qayıtmaq istəyir-MƏHKƏMƏ

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, çox güman ki, növbəti dəfə Ukrayna prezidentliyi uğrunda mübarizə aparmaq niyyətindədir.

Yenixeber.org: Yanukoviç Kiyev şəhərinin rayon məhkəməsinə müraciət edərək, Ali Radanın onun “özünün istefası” ilə bağlı qərarını qanunsuz hesab etməyi tələb edib. Keçmiş dövlət başçısının iştirakı ilə keçiriləcək yeni prosesi onun mətbuat katibi Yuri Kurasir açıqlayıb. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Yanukoviçin sözçüsü bildirib ki, onlar Radanın yeddi il əvvəl qəbul etdiyi qətnaməni Ukraynanın demokratik yolla seçilmiş prezidentinə qarşı dövlət çevrilişi kimi qiymətləndirirlər. Kurasirin sözlərinə görə, bu qərar ölkəni fəlakətə sürükləyib, Krımın və Donbassın itirilməsinə və Ukraynanın Avropanın ən kasıb dövlətinə çevrilməsinə səbəb olub.

Bundan əvvəl Yanukoviçin vəkili Vitali Serdyuk Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə müraciət edərək, müvəkkilinə qarşı təqiblərin dayandırılmasını tələb edib. Serdyukun sözlərinə görə, Yanukoviçi dövlətə xəyanətdə ittihamlar siyasi motivlidir. (Lenta.ru)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam