Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Kiyevdə keçiddə qalan tələbələrimizin yeri dəyişdirildi -RƏSMİ


Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.

Yenixeber.org: Həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin tələbələrlə mütəmadi olaraq əlaqə saxlayır: “Onların ilk sığınacağa yerləşdiyi vaxtdan əlaqədəyik. Təhlükəsizliyə görə öncədən tələbələrə yerlərini dəyişməmək tövsiyə olundu. Daha sonra onlar başqa bir sığınacağa keçiblər. Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır. Amma saxlandıqları zirzəmidə internet olmadığı üçün qısa müddətliyinə küçəyə çıxdılar, biz onlarla görüntülü danışdıq, daha sonra yenidən sığınacağa qayıtdılar. Tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam