Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

MEHDİYEVİN AMEA-dakı DAHA BİR "MÖCÜSƏSİ" - Bir nəfərə altı vəzifə verib

AMEA-da baş verən hadisələr, qurumun prezidenti Ramiz Mehdiyevin istefası tələb olunduğu bir vaxtda Akademiya haqda daha bir maraqlı fakt ortaya çıxıb.

Yenixeber.org: Əldə etdiyimiz xəbərə görə, əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur:

1. AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi

2. Rəyasət Heyətində təhsil şöbəsinin müdiri

3. Şərqşünaslıq İnstitutunda böyük elmi işçi

4. Elm Tarixi institutunda baş elmi işçi

5. Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi

6. Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri

Ə. Məlikov barədə digər xəbərdə bildirilir ki, o İran meyilli şəxs kimi tanınır. Belə ki, İİR-nin Ümumdünya İslam Elmləri Akademiyasının Dinşünaslıq fakültəsində bakalavr, Mofid Universitetində magistr və doktorantura pillələri üzrə (ümumilikdə 2001-2013-cü illərdə ixtisası din fəlsəfəsidir) dini təhsil alıb. Eyni zamanda Ə.Məlikov Tərbiyət Müdərris Universitetində fəlsəfə ixtisası üzrə elmi işini müdafiə edib. O, 2009-2013-cü illərdə AR-in İİR-dəki səfirliyində tərcüməçi vəzifəsində çalışıb.

Xəbərdə qeyd olunur ki, Ə.Məlikovun İİR ilə geniş əlaqələri mövcuddur və kitablarının əksəriyyəti orada çap olunur.

Bundan əlavə, Ə.Məlikov İİR Prezidenti adından müxtəlif mükafatlara layiq görülüb. Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq.

Qeyd: Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev redaksiyamızla əlaqə saxlayaraq Ə. Məlikovun bir müddət əvvəl – Ramiz Mehdiyevin köməkçisi təyin olunandan sonra İnstitutdakı vəzifəsindən azad olunduğunu deyib.(“Yeni Sabah”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam