Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib -AMEA

AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

Yenixeber.org: AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən bildirilib ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb:

“Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, mühafizə dövlət tərəfindən ayrılıb. Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır”.

Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam