Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İrəvanda ilk:Paşinyanı təhqir edən min dollar cərimələndi

İrəvanda ilk:   Paşinyanı təhqir edən min dollar cərimələndi 
Ermənistanda insan haqları ilə bağlı daha bir arzuolunmaz hal yaşanıb. 
Yenixeber.org: Yerli media İrəvan sakini P.S.-nin tarixə düşməsindən yazıb.
Qeyd edilir ki, o, baş nazir Nikol Paşinyanı və yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı təhqir etdiyinə görə 500 min dram məbləğində cərimələnib.

- Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiqləyib. 2021-ci il noyabrın 5-də P.S. ağır təhqirdə ittiham olunub. Ötən ilin sentyabrın 20-də P.S. polisə zəng edib İrəvanda ictimai nəqliyyatın təşkilindən narazı qalaraq, baş nazir Nikol Paşinyana, eləcə də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanla onların ailələrinə qarşı seksual xarakterli təhqirlər səsləndirib. İstintaq və məhkəmə prosesində P.S. günahını boynuna alıb. O, 500 000 dram (təxminən 1 000 dollar-red.) cərimə cəzası alıb. Bu, 137․1 “Ağır təhqir” maddəsi üzrə ilk məhkəmə hökmüdür,-məqalədə yazılıb.

Qeyd edək ki, sözügedən qanun 30 avqust 2021-ci ildə qüvvəyə minib. 31 dekabr 2021-ci il tarixinə bununla bağlı 263 cinayət işi başlanıb. Onlardan 214-ü istintaqda araşdırılır, 31 nəfərə qarşı ittiham irəli sürülüb, 7 iş isə məhkəmədədir.
Erməni cəmiyyəti yeni arzuolunmaz halı fikir azadlığına zərbə kimi qiymətləndirir.

Xatırladaq ki, Beynəlxalq İnsan Haqları Təşkilatı “Freedom House” ötən ilin payızında Ermənistanda ciddi hüquq pozuntusuna dair məlumat yaymışdı. Təşkilat İrəvanın fikir azadlığını boğduğunu, “Facebook” istifadəçilərindən birinin Ermənistanın baş naziri Nikol Paşinyanı sosial şəbəkələrdə aşağıladığı üçün açılan cinayət işindən narahatlığını ifadə etmişdi.

- Bu, parlamentin hökumət rəsmilərinə "ağır təhqirləri" cinayət işi sayan düzəlişləri qəbul etməsindən cəmi iki ay sonra baş verdi. Düzəliş isə Ermənistanda demokratiya normalarının, o cümlədən söz azadlığının açıq şəkildə geriləməsini simvollaşdırdı. Biz Ermənistan hakimiyyətini təhqiri cinayət sayan bu konstitusiyaya zidd qanunun tətbiqinə dərhal son qoymağa çağırırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam