Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ağdama səfər etmək istəyənlərin NƏZƏRİNƏ -VİDEO

Qarabağa edilən hər səfər bizi “Böyük Qayıdış”a bir addım da yaxınlaşdırır. 

Yenixeber.org: Yanvarın 24-dən başlayaraq işğaldan azad edilən ərazilərə müntəzəm avtobus reysləri fəaliyyətə başladı.

Beləliklə, ürəyində illərdir Qarabağ nisgili olan vətəndaşlar dörd istiqamətdə bu torpaqları ziyarət edə bilirlər. Belə ki, səfərlər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə dörd dəfə, Bakı-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam istiqamətlərində isə həftədə iki dəfə təşkil edilir. 

Bu günədək Bakıdan Şuşaya iki reys olmaqla 94 sərnişin, Əhmədbəylidən Şuşaya üç reys olmaqla 69 sərnişin, Bakıdan Ağdama iki reys olmaqla 67 sərnişin, Bərdədən Ağdama da iki reys olmaqla 76 sərnişin daşınıb. 

Növbəti səfər yanvarın 31-də Ağdama olacaq. 50 nəfərlik sərnişin avtobusu səhər 7-nin yarısında Bakı avtovağzalından yola düşəcək. Səfər iştirakçılar Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksini, ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarını və digər erməni vandallığına məruz qalmış tarixi abidələri ziyarət edəcəklər. 

Xatırladaq ki, bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam